Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
About us
“CREDIBLE-ECPMO “ MMC şirkəti müxtəlif istiqamətli , xüsusən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti və quraşdırma istiqamətləri üzrə işlərin yerinə yetirilməsi ilə yanaşı beynəlxalq irimiqyaslı və ölkədaxili əhəmiyyətli layihələrdə idarəetmə bacarığı və təcrübəsi ilə seçilən peşəkar mütəxəssislərdən ibarət layihələrin idarəedilmə ofisi olaraq da fəaliyyət göstərir. "CREDIBLE-ECPMO" LLC, in addition to performing works in various areas, especially in the field of construction and installation of buildings and structures that require a building permit, also operates as a project management office, consisting of professionals who are distinguished by their management skills and experience in large international and domestic significant projects.
- Website
-
https://www.credible.az/
External link for CREDIBLE-ECPMO LLC
- Industry
- Construction
- Company size
- 11-50 employees
- Type
- Privately Held
- Specialties
- construction ,installation and repair of buildings and structures and Project Management Office
Employees at CREDIBLE-ECPMO LLC
Updates
-
7 May 2025-ci il tarixində Sumqayıt Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş qaydasız döyüş (MMA) üzrə mötəbər turnir keçirilmişdir. MMA üzrə dünya çempionu Etiqad Atakişiyevin dəvəti ilə Şirkətimizin nümayəndələri bu nüfuzlu idman tədbirində iştirak etmişdir.Şirkətimiz Turnirin müəyyən təşkilati hissələrinə dəstək göstərməkdən və bu təşəbbüsə töhfə verməkdən məmnunluq və qürur hissi keçirmişdir! Tədbirin yüksək səviyyədə təşkili üçün zəhməti keçən bütün təşkilatçılara – başda Etiqad Atakişiyev olmaqla, turnirin təşkilat komitəsinə, idman ictimaiyyətinə və iştirakçı döyüşçülərə təşəkkürümüzü bildiririk. Gənclərin fiziki və mənəvi inkişafına xidmət edən bu cür təşəbbüslərin davamlı olmasını arzu edir, turnirdə iştirak edən bütün idmançıları və qalibləri təbrik edirik!
-
-
26 aprel tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında “Yüksəliş — Beşinci element” adlı intellektual yarış təşkil olunmuşdur. “Yüksəliş — 5-ci element” intellektual kvizində ümumilikdə 220 iştirakçı olmaqla 38 komanda arasında “Əsas element” adı altında çıxış edən komanda əsl komanda oyunu nümayiş etdirərək 1-ci yerə layiq görülmüşdür. "Əsas element" komandasının üzvü olan şirkətimizin İcraçı Direktoru Elchin Gafarovun əldə etdiyi bu nailiyyət kollektivimizi böyük qürur hissi ilə sevindirmişdir. Qeyd etmək istərdik ki, Elchin Gafarov yüksək liderlik qabiliyyəti, strateji düşüncə tərzi, sürətli və çevik qərarvermə bacarığı, effektiv ünsiyyət qurmaq məharəti, komandaya ilham vermə və motivasiya etmə bacarığı ilə fərqlənən bir rəhbərdir. O, həmçinin dəyişikliklərə çevik adaptasiya olmaq, kompleks situasiyalarda innovativ həllər təklif etmək və məsuliyyəti üzərinə götürmək kimi müasir liderlik keyfiyyətlərinə malikdir. Elchin Gafarov , bütün bu xüsusiyyətləri ilə şirkətin strateji yol xəritəsinə öz dəst-xətti ilə yeniliklər və dəyərli töhfələr vermişdir. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilmişdir.
-